6 
Yan
2017
13:36
104
14
1859
yuxarı
Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb
6 Yan, 2017
13:36
1859
104
14
Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən qadın güləşçilərin 2017-ci il üçün ilk reytinq siyahısını açıqlayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, reytinq siyahısında Azərbaycanın 7 güləşçisinin adı var.
Onlardan 3-nün adı onluğa daxil edilib.
Ən yüksək göstərici 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. O, reytinqdə də ikinci sırada qərarlaşıb.
Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək