UEFA “Barselona” - PSJ matçının arbitri barədə qərarını açıqladı
UEFA “Barselona” - PSJ matçının arbitri barədə qərarını açıqladı
Çempionlar Liqasının “Barselona” - PSJ (6:1) 1/8 finalının cavab matçının baş hakimi Deniz Aytəkin bundan sonra da Avropa klub turnirinin ən nüfuzlu matçlarına hakimlik edəcək.
Oxu.Az RMS-ə istinadən xəbər verir.
“UEFA-nın hər matçından sonra hakim briqadasının işi təhlil edilir ki, onların gələcəkdə hansı matçlara hakimlik edəcəyinə dair qərar verilsin. Həmçinin lazım gəldikdə arbitrlərin cəzalanmasına dair qərar da verilir. Bizim üçün “Barselona” - PSJ matçı final fiti ilə başa çatıb”, - UEFA-da olan mənbə bildirib.
Daha öncə mətbuatda UEFA-nın 38 yaşlı alman hakiminin işindən narazı olması və onun Çempionlar Liqasının matçlarına daha hakimlik etməyəcəyinə dair məlumat yayılmışdı. Eyni zamanda Alman Futbol İttifaqında Aytəkini dəstəklədi.
E.Ə.
www.oxu.az