19 
Apr
2017
01:24
184
77
10506
Virtual karabakh

“Real”-“Bavariya” matçında dramatik sonluq

19 Apr, 2017
01:24
10506

“Real”-“Bavariya” matçında dramatik sonluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Oxu.Az xəbər verir ki, Madridin “Real” klubu “Santyaqo Bernabeu” stadionunda Münhenin “Bavariya” komandasını qəbul edib. 

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissədə hesab açılmayıb. 

Oyunun 53-cü dəqiqəsində hakim ispaniyalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Robert Levandovski hədəfdən yayınmayıb.

Qarşılaşmanın 76-cı dəqiqəsində Ronaldo oyunda tarazlığı bərpa edib. Lakin Zinəddin Zidanın yetirmələrinin sevinci uzun çəkməyib. Bu qoldan cəmi iki dəqiqə sonra Serxio Ramos avtoqola imza ataraq komandasını pis vəziyyətdə qoyub.

Matçın əsas vaxtı bu hesabla başa çatıb. Xatırladaq ki, bu komandalar arasında Almaniyada keçirilən ilk qarşılaşma “kral” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə də oynanılıb.

“Bavariya” əlavə edilmiş 30 dəqiqədə “Real”ın hücumlarına tab gətirməyib.

Qarşılaşmanın 105-ci dəqiqəsində Ronaldo özünün və komandasının ikinci qolunu vurub. Bu qoldan beş dəqiqə sonra portuqaliyalı het-trikə imza atıb. Oyunda son nöqtəni isə Marko Asensio qoyub.

Qeyd edək ki, 84-cü dəqiqədən etibarən “Bavariya” meydançada 10 nəfərlə mübarizə aparmalı olub. Arturo Vidal qırmızı vərəqə ilə cəzalandırılıb.

Bununla da, “Real” klubu güclü “Bavariya”nı turnirdən kənarlaşdıraraq, yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Paralel keçən matçda Madridin digər təmsilçisi “Atletiko” səfərdə İngiltərənin “Lester klubu ilə 1:1 hesablı bərabərliyə qalıb. İspaniyada keçirilən ilk qarşılaşmada minimal hesablı qələbə qazanan “Ateltiko növbəti mərhələyə vəsiqəni təmin edib.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri