27 
Apr
2017
08:57
87
28
4687
Virtual karabakh

“Real” “Deportivo”nu böyük hesabla məğlub edib – VİDEO

27 Apr, 2017
08:57
4687

“Real” “Deportivo”nu böyük hesabla məğlub edib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasında XXXIV turun oyunları keçirilib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, ötən həftə “Barselona”ya məğlub olmuş “Real” “Deportivo”nun qonağı olub.

Turun ən maraqlı oyunlarından sayılan qarşılaşma qonaqların 2:6 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərini təmsil edən Florin Andonenin və Joselunun dəqiq zərbələrinə qonaqlardan Alvaro Morata, Xames, İsko, Kazemiro və dublla Xames cavab verib.

Hazırda paytaxt klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. O, bir sıra göstəricilərinə görə “Barcelona”dan geri qalır. Bu baxımdan madridlilərin hələ 1 ehtiyat oyunu var. “Deportivo” isə 16-cı pillədə qərarlaşıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri