12 
İyn
2017
08:37
16
50
1605
Virtual karabakh

Kanada Qran-Prisinin qalibi müəyyən edilib – VİDEO

12 İyn, 2017
08:37
1605

Kanada Qran-Prisinin qalibi müəyyən edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Kanada Qran-Prisinə yekun vurulub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton qalib adını qazanıb.

İkinci yeri onun komanda yoldaşı (“Mercedes”) Valtteri Bottas, üçüncü yeri “Red Bull” təmsilçisi Daniel Rikkardo tutub.

“Formula-1”-in ümumi hesabında birinci yerdə 141 xalla Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xalla üçüncü yerdədir.

Qran-Prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri