13 
İyn
2017
00:24
338
48
8457
Virtual karabakh

KİV: Prosineçkinin yerinə Qurban Qurbanov gələcək – YENİLƏNİB

13 İyn, 2017
00:24
8457

KİV: Prosineçkinin yerinə Qurban Qurbanov gələcək – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin “Ajansspor” nəşri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin “Bursaspor” klubu ilə razılığa gəlməsi barədə yazıb.

Oxu.Az-ın xəbərinə görə, yerli KİV-də milli komandanın çalışdıracaq yeni baş məşqçinin Qurban Qurbanovun olacağına dair məlumatlar yayılıb. 

Bildirilir ki, artıq AFFA ilə Qurbanov arasında ilkin razılıq əldə olunub.

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilir.

12.06.2017

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubu ilə razılığa gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin “Ajansspor” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, bazar ertəsi, iyunun 12-də, Prosineçki meneceri Yaşar Çalışırla birlikdə AFFA rəhbərliyi danışıqlar aparıb və bundan sonra “Bursaspor”da işləmək istədiyini bildirib. 

Qeyd olunur ki, Prosineçkiyə yeni müqavilə təklif olunsa da, o bundan imtina edib.

“Ajansspor” nəşri bildirir ki, Prosineçkiyə “Bursaspor”da iki illik müqavilə təklif edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri