17 
İyl
2017
12:03
78
17
7318
Virtual karabakh

İlin döyüşü: Meyvezer Makqreqora qarşı – VİDEO

Amerikalı boksçu Floyd Meyvezerlə (junior) UFC-nin (Ultimate Fighting Championship) hazırkı çempionu irlandiyalı Konor Makqreqor arasında çoxdan gözlənilən döyüş avqustun 26-da Las-Veqasda baş tutacaq. 

Oxu.Az xəbər verir ki, qarışıq döyüş növləri qaydalarına görə keçirilən döyüşdə Meyvezerin praktiki olaraq şansı olmadığını nəzərə alaraq, bu döyüş boks qaydalarına görə (69,85 kq orta çəki kateqoriyası üzrə) keçiriləcək. 

Bununla yanaşı, heç bir aparıcı boks təşkilatı bu döyüşü rəsmi elan etmək niyyətində deyil. 

Döyüşçülərdən hər biri 100 milyon dollar alacaq. Ümumilikdə isə bu döyüşün təşkilatçılarının gəliri 636 milyon dollardan ibarət olacaq. 

Xatırladaq ki, amerikalı idmançı Floyd Meyvezer tarixdə ən bahalı boksçudur, o filippinli idmançı Menni Pakyao ilə görüşə görə 210 milyon dollardan ibarət rekord qonorar alıb. Karyerası boyu 49 görüş keçirən idmançı 26-sı nokaut olmaqla, bütün görüşlərini qələbə ilə başa vurub.

İrlandiyalı idmançıya gəldikdə isə, o, rəqibindən 11 yaş kiçikdir, 24 görüş keçirib, onlardan 21-də qələbə qazanıb.  

“Forbes” yazır ki, boks üzrə sabiq dünya çempionu Floyd Meyvezerin UFC ulduzu Konor MakQreqor ilə avqust ayında baş tutacaq görüşdən sonra qazancı 1 milyard dollardan artıq ola bilər.

Hələlik isə “Forbes”in reytinqinə görə, dünyada 1 milyard və artıq qazanan bir neçə idmançı var. Bu, Maykl Cordan (1,5 milyard dollar) və Tayqer Vudssdur (1,4 milyard dollar), onların hər ikisi bu sərvəti “Nike” ilə əməkdaşlıqdan əldə ediblər. 

E.Ə. 
S.S.

www.oxu.az

 

 

Digər İdman xəbərləri