30 
İyl
2017
15:12
616
42
20113
Virtual karabakh

Çunayev karyerası ilə bağlı qərar verdi

30 İyl, 2017
15:12
20113

Çunayev karyerası ilə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.

Oxu.Az-ın Azərbaycan24-ə istinadən məlumatına görə, “Rio-2016” nın bürünc mükafatçısı “Neftçi İdman Klubu”ndan ayrılıb.

Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İK-dən güləşçiyə “bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb.

Aldadıldığını görən Çunayev “Neftçi” İK-dən ayrılmağa qərar verib. Məlumatı saytın əməkdaşı ilə söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısı özü də təsdiqləyib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri