9 
Avq
2017
16:12
128
20
6578
yuxarı
“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşdi – CƏDVƏL
9 Avq, 2017
16:12
6578
128
20
“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşdi – CƏDVƏL
Futbol üzrə Çempionlar Liqasının “play-off” mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.
Oxu.Az xəbər verir ki, klubun mətbuat xidmətindən Report-a verilən məlumatına görə, azarkeşlər avqustun 12-də, saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdır.
Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:00-da başlayacaq.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək