10 
Avq
2017
16:05
124
27
1721
Virtual karabakh

Azərbaycan ən çox medal qazanan ölkələrin siyahısında

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Hamburqda keçiriləcək dünya çempionatı ərəfəsində mundiallarda ən çox medal qazanan ölkələrin siyahısını dərc edib.

Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 1974-cü ildən təşkil olunan və 18 dəfə baş tutan yarışın tarixində ən çox mükafata yiyələnən 10 millinin adı açıqlanıb.

Azərbaycan yığması da bu “10-luq”da yer alıb. Müstəqillik əldə etdikdən sonra mundiallarda çıxış edən komandamız arxada qalan çempionatlarda ümumilikdə 17 medal qazanıb. Bunlardan 5-i qızıl, 4-ü gümüş və 8-i bürüncdür. Millimiz bu göstəricidə dünyanın 10-cusudur.

Cədvələ Kuba başçılıq edir – 128 medal (71 qızıl, 32 gümüş, 25 bürünc). Rusiyanı SSRİ yığmasının varisi kimi tanıyan AİBA onların göstəricisini ümumiləşdirib. Bu səbəbdən də şimal qonşularımız 107 mükafatla (38-32-37) ikincidir. İlk “üçlüy”ü hesabında 41 medal (16-9-16) ABŞ qapayır.

“Onluq”da Qazaxıstan, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna və Özbəkistan yığmaları da yer alıblar.

Qeyd edək ki, sayca 19-cu dünya çempionatı avqustun 25-də start götürəcək.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri