12 
Avq
2017
01:41
151
25
7891
Virtual karabakh

“Arsenal”-“Lester” matçında yeddi qol – VİDEO

Londonun “Arsenal” klubu İngiltərə Premyer Liqasının 2017/2018 mövsümünün ilk oyununda “Lester” komandasına qalib gəlib.

Oxu.Az-ın xəbərinə görə, “Emirates” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Arsenal”ın heyətində Aleksandr Lakazett (2), Denni Uelbek (45+2), Aaron Remzi (83) və Olivye Jiru (85) fərqləniblər.

Qonaqlar isə Ceymi Vardinin dublu (29, 56) və Sindzi Okazakinin (5) qolu ilə cavab veriblər.  

S.B.
www.oxu.az

Digər İdman xəbərləri