12 
Sen
2017
19:04
68
313
19105
Virtual karabakh

“Çelsi”nin gəncləri “Qarabağ”ı darmadağın etdi

12 Sen, 2017
19:04
19105

“Çelsi”nin gəncləri “Qarabağ”ı darmadağın etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start verilib. 

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olub.
 
Tarixdə ilk dəfə Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparan Rəşad Sadıqovun komandası Londonda “Çelsi” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi qolsuz heç-heçə başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın darmadağın olması ilə nəticələnib. Hesabı 54-cü dəqiqədə açan “Çelsi” 27 dəqiqəyə daha 4 dəfə fərqlənib. Rəqibin kapitanı Luk MakKormik isə 13 dəqiqəyə het-trikini rəsmiləşdirib. 
 
Qeyd edək ki, 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib.
 
Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr
 
“Çelsi” – “Qarabağ” - 5:0
Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71, 74; Çarli Braun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49
Baş hakim: Robert Hennessi

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri