13 
Sen
2017
22:12
79
32
10734
yuxarı
2024 və 2028-ci il Olimpiya Oyunlarının paytaxtları elan edildi
13 Sen, 2017
22:12
10734
79
32
2024 və 2028-ci il Olimpiya Oyunlarının paytaxtları elan edildi
2024 və 2028-ci il Yay Olimpiya Oyunları Paris və Los-Anceles şəhərlərində keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsinin Limada (Peru) keçirdiyi iclasında qəbul olunub.
Qərar yekdilliklə qəbul edilib. Bu şəhərlər avtomatik olaraq Paralimpiya Oyunlarına da ev sahibliyi edəcəklər.
Qeyd edək ki, Paris sonuncu dəfə 1924-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.
2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək