DÇ-2018: Avropa zonasında təsnifat mərhələsinə yekun vuruldu
DÇ-2018: Avropa zonasında təsnifat mərhələsinə yekun vuruldu
Avropa zonasında futbol üzrə dünya çempionatının təsnifat mərhələsinə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, son turda A və B qruplarının qalibləri, həmçinin H qrupundan pley-off mərhələsinə vəsiqə qazanan komanda müəyyənləşib.
A qrupunda birinci yeri doğma meydanda Belarusu 2:1 hesabla məğlub edən Fransa millisi tutub. İkinci pillədə Hollandiyanı vurulan qolların sayına görə qabaqlayan İsveç millisi ikinci olub.
B qrupunda son turda İsveçrə üzərində 2:0 qələbə qazanan Portuqaliya yığması qrup birincisi kimi mundiala vəsiqəni təmin edib. İsveçrə isə məğlubiyyətdən sonra ikinci pilləyə düşüb və mübarizəni pley-off mərhələsində davam etdirəcək.
H qrupunda ikinci yeri Gibraltar millisini 4:0 hesabı ilə darmadağın edən Yunanıstan komandası tutub.
Beləliklə, Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni Fransa, Portuqaliya, Almaniya, Serbiya, Polşa, İngiltərə, Belçika və İslandiya yığmaları qazanıblar.
Pley-off mərhələsində isə İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya milliləri mübarizə aparacaqlar. Pley-off mərhələsinin püşkatma mərasimi oktyabrın 17-də keçiriləcək.
S.B.
www.oxu.az