21 
Noy
2017
00:57
122
23
5018
Virtual karabakh

“Neftçi” mübahisəli hakim qərarlarını ifşa etdi – VİDEO

21 Noy, 2017
00:57
5018

“Neftçi” mübahisəli hakim qərarlarını ifşa etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” klubunun prezidenti Orxan Hüseynzadə Premyer Liqanın XII turunun “Qəbələ” ilə oyununda şübhəli hakim qərarlarına münasibət bildirib.

Oxu.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, O.Hüseynzadə açıqlamasında FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi briqadanın səhvlərinin nəticəyə təsir etdiyini vurğulayıb.

“Ədalətli hakimlik olsaydı, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı “öldürürsə”, bu, şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədi? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi”.

Hüseynzadə yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu kimi videotəkrarların tətbiqini göstərib:

“Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.

Xatırladaq ki, “Bakcell Arena”da keçirilən “Neftçi”–“Qəbələ” qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri