21 
Noy
2017
22:55
348
22
7784
Virtual karabakh

“Beşiktaş” Çempionlar Liqasında “pley-off”a yüksəlib – VİDEO

21 Noy, 2017
22:55
7784

“Beşiktaş” Çempionlar Liqasında “pley-off”a yüksəlib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının “pley-off mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az-ın xəbərinə görə, “qara qartallar” qrup mərhələsinin V turu çərçivəsində Portuqaliyanın “Portu” komandasını qəbul ediblər.

“Vodafon Arena”da keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı 29-cu dəqiqədə qonaqlar açıblar. Felipe fərqlənib. 43-cü dəqiqədə isə Anderson Talisca oyunda tarazlığı bərpa edib.

Beş turdan sonra hesabında 11 xal “Beşiktaş” G qrupundan pley-off mərhələsinə lider kimi yüksəlib. İkinci yerdə qərarlaşan “Portu”nun yeddi xalı var. Almaniyanın “Leipziq” klubu dörd xalla üçüncü, Fransanın “Monako” komandası isə iki xalla sonuncudur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri