22 
Noy
2017
17:07
31
147
7660
Virtual karabakh

“Qarabağ”ın gəncləri “Çelsi” ilə bacarmadı

22 Noy, 2017
17:07
7660

“Qarabağ”ın gəncləri “Çelsi” ilə bacarmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Oxu.Az-ın xəbərinə görə, Ağdam təmsilçisi V tur çərçivəsində İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Bakıda baş tutan görüşdə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. 50-ci dəqiqədə Yaroslav Deda “Qarabağ”ı hesabda irəli çıxarıb. Lakin bundan sonra Rəşad Sadıqovun yetirmələri qapılarında üç top görüblər. 

Martell Teylor-Krossdeyl (60-cı dəqiqə), Çarli Braun (69) və Corc Makiçran (76) adlarını tabloya yazdırıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri