23 
Noy
2017
11:46
26
104
5310
Virtual karabakh

"Qarabağ - Çelsi" oyunu ərəfəsində metroda neçə nəfər daşınıb?

23 Noy, 2017
11:46
5310

"Qarabağ - Çelsi" oyunu ərəfəsində metroda neçə nəfər daşınıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 22-də "Qarabağ" - "Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

Oxu.Az xəbər verir ki, bu barədə  Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500-dən artıq sərnişin daşımışıq".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri