24 
Noy
2017
01:56
22
264
7178
Virtual karabakh

Portuqaliyada hakimlər tətilə hazırlaşırlar

24 Noy, 2017
01:56
7178

Portuqaliyada hakimlər tətilə hazırlaşırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı hakimlər klublar, məşqçilər və futbolçular onların işi ilə bağlı hədsiz şikayətlərini davam etdirəcəkləri təqdirdə tətilə başlayacaqlarını bildiriblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Portuqaliya Futbol Hakimləri Assosiasiyasının (PFHA) yaydığı bəyanata görə, hakimlər onların müəyyən klubların maraqlarını güdməsi və ya korrupsiya sxemlərində iştirak etməsinə dair “böhtanlar”a daha dözmək fikrində deyillər.

Hakimlər həmçinin matçın rəsmi şəxslərinin mühafizəsi üçün tətbiq edilən etik və intizam qaydalarını pozanlara qarşı cəzaları güclədirmək niyyətindədirlər.

Assosiasiya tətilə dekabrın ortalarından başlayacaqlarını bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri