13 
Dek
2017
19:16
40
314
10984
Virtual karabakh

Argentinada polis futbolçuları güllələdi – VİDEO

13 Dek, 2017
19:16
10984

Argentinada polis futbolçuları güllələdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada polis əməkdaşları ölkə çempionatının final oyunundan sonra “Sportivo de Las Parejas” komandasının futbolçularını güllələyiblər.

Oxu.Az-ın xəbərinə görə, səbəb kimi futbolçuların hakimə hücumu göstərilir. 

Qarşılaşma “Defensores de Armstron” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib futbolçular hakimi oyunu düzgün idarə etməməkdə ittiham ediblər. 

İnsidentə müdaxilə edən polis rezin güllələrdən istifadə edib. Bir neçə futbolçu yaralanıb, onlardan biri isə gözünü itirib.

S.B.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri