15 
Dek
2017
21:06
205
163
16414
Virtual karabakh

“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı – VİDEO

15 Dek, 2017
21:06
16414

“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, 1/4 final mərhələsinin sonuncu qarşılaşmasında “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edib. 

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki ,bu komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə, “Sumqayıt” klubu  yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində “Sumqayıt”dan əlavə “Keşlə”, “Neftçi” və “Qəbələ” klubları mübarizə aparacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri