Yan
2018
17:53
292
91
4778
Virtual karabakh

Minsk Avropa Oyunlarını Bakıdakından yaxşı keçirəcəyini vəd edir

9 Yan, 2018
17:53
4778

Minsk Avropa Oyunlarını Bakıdakından yaxşı keçirəcəyini vəd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Olimpiya Komitəsi, Minskin ev sahibliyi edəcəyi Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarından daha yaxşı keçiriləcəyinə ümid edir.

Oxu.Az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Olimpiya Komitəsinin idman üzrə baş eksperti Asimakis Asimakopulos bəyanat səsləndirib.

“Bakı və Minskin Avropa Oyunlarına hazırlıq prosesi bir-birindən fərqlənir. Bu ondan irəli gəlir ki, Belarus idman tədbirlərinin keçirilməsi baxımında tam fərqli mədəniyyət və  təcrübəyə malikdir. Minskdəki Avropa Oyunlarının daha yaxşı olacağını gözləyirik. Əsas məsələ, Minskin açılışa qədər qalan vaxtdan nə dərəcədə səmərəli və ağıllı  istifadə edəcəyidir. Açılışa 16 ay qalıb. Ancaq biz Avropa Oyunlarının daha yüksək səviyyədə keçiriləcəyini gözləyirik.

Qəti şəkildə deyə bilərik ki, Belarus Avropa Oyunlarına hazırlıq baxımından düzgün istiqamətdə hərəkət edir. Oyunları keçirmək üçün Belarusun artıq buna imkan verən bazası var: obyektlər tikilib, əla insan resursları, bu sahəylə bağlı biliklər var. Bircə qalır bütün bunları vahid şəklə gətirib, Avropa Komitəsinin tələblərinə cavab vermək. Belə olsa, hər şey alınacaq”, – deyə Asimakopulos sözlərini bitirib.

Qeyd edək ki, Belarus paytaxtı 2019-cu ildə iyunun 21-dən 30-na kimi Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışlar proqramına 15 idman növü daxil edilib. Atletlər ümumilikdə 12 idman arenasında rəqabət aparacaq.

Avropa Oyunları ilə bağlı Minskə təxminən dörd min idmançının, iki min məşqçi və rəsmi nümayəndə heyəti üzvünün gələcəyi gözlənilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri