17 
Yan
2018
10:16
104
18
3603
Virtual karabakh

“Kəpəz”dən üç transfer – FOTO

17 Yan, 2018
10:16
3603

“Kəpəz”dən üç transfer – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha üç futbolçunu heyətinə qatdığını rəsmi şəkildə açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Gəncə klubu bir yerli və iki əcnəbi oyunçu ilə güclənib.

“Sarı-göylər” ukraynalı qapıçı Serqey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Ciuli Mancqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıblar. Litovçenko ilə mövsümün sonunadək, Mancqaladze və Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, “Kəpəz” bundan əvvəl üç yerli futbolçunu heyətinə qatdığını açıqlamışdı.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri