17 
Yan
2018
17:33
6
42
2453
Virtual karabakh

Atası və bibisi Rayan Qiqzi tənqid etdi

17 Yan, 2018
17:33
2453

Atası və bibisi Rayan Qiqzi tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atası və bibisi Uels millisinin baş məşqçisi təyin olunmuş Rayan Qiqzi tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, onlar Rayanın dörd yaş kiçik qardaşı Rodrinin ailəsini necə dağıtmasını unuda bilmir.

Xatırladaq ki, Qiqz qardaşı arvadı Nataşa ilə səkkiz il ərzində eşq macərası yaşayıb. 2011-ci ildə Rodri bundan xəbər tutduqdan sonra boşanma qərarını verib.

Bu üzdən də Rayanın bibisi Coana Uilson milli üzvlərinə həyat yoldaşlarını baş məşqçilərindən qorumağa dair çağırış edib:

“O, bütün ailəni dağıtdı. Rodrinin ürəyini qırdı. Biz onu Kardifdə görmək istəmirik. Onun işini dayandırmasını istəməsək də, çox narahat olmasını istəyirik. Rayan bura heç də xoş gəlməyib və qoy şimala qayıtsın. Uels millisi öz həyat yoldaşlarını ondan qorumalıdır. Çünki Rayanın Kardifdə yüzlərlə ailəsi var. Heç kim onu burada istəmir. Hamı ona acıqlıdır. Mən bir də Rayanı görsəydim, ona “xəyanətkar” deyərdim. Ancaq onu yenidən görmək istəmirəm. Əgər o, məni görsəydi, “salam, Co bibi” deməzdi. Yəqin ki, mənə çirkin baxışları ilə baxardı. Çünki mən onun haqda əvvəl həqiqətləri demişəm. Əvvəl onun sevimli bibisi olmuşam, indi isə onun qorxulu yuxusuyam”.

Qiqzin mühafizəçi işləyən atası da oğlunu pisləyib:

“O, bir böyük kimi öz qardaşının hər zaman arxasında olmalı idi, ona arxadan zərbə vurmamalı idi. O, ən pis yola əl atıb və üzr istəməyə də kişiliyi çatmayıb. Əslində, belə oğlum olduğuna görə dünyanın ən fəxr edən atası olmalı idim. Amma əksinə, ondan utanıram. O, özünü hamıdan üstün tutur. Ağlında olan yeganə şey - televiziya karyerası və Mançesterdə gözəl hotellər açmaqdır. Milli komandanı ona tapşırmaq düzgün addım deyil. Baş məşqçi cəmiyyətdə hörmətli adam olmalıdır. Mənim oğlumdur, lakin danışanda göz yaşlarımı saxlaya bilmirəm. Ailədə heç kim ona hörmət etmir”.

 Ryan Giggs' dad Danny Wilson slammed his love-rat son and branded him unfit to lead a national football team

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri