17 
Yan
2018
18:55
203
33
4878
Virtual karabakh

“Qarabağ” zimbabveli futbolçuya görə rəsmi müraciət göndərdi

17 Yan, 2018
18:55
4878

“Qarabağ” zimbabveli futbolçuya görə rəsmi müraciət göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” rəsmi şəkildə CAR-ın “Mamelodi Sandaunz” klubuna zimbabveli hücumçu Xama Biliatın transferi üçün müraciət edib.

Oxu.Az xəbər verir ki, indi Azərbaycan Premyer Liqası təmsilçisi qarşı tərəfdən cavab gözləyir.
Oyunçuya CAR-ın başqa klublarından maraq olsa da, o, yerli komandalardan birinə keçmək istəmir. Ona görə də o heç bir klubla ilkin müqavilə bağlamayıb. Biliat xaricdə - Avropa və ya Asiyada oynamaq istəyir.

Goal.com saytına xəbər verən mənbə onu bildirib ki, “Mamelodi Sandaunz” mövsümün sonunda onu pulsuz buraxmamaq üçün yeni müqaviləyə ümid edir və ya onu satmağa çalışır:

“Bu, “Arsenal”dan Aleksis Sançesin durumuna oxşayır. Biliatın “Sandaunz”la son 6 aylıq müqaviləsi var. Ona görə də onlar mövsümün sonunda futbolçunu pulsuz buraxmamaq üçün onu satmaq istəyirlər. Əminəm ki, onlar düzgün qərar verəcəklər”.

Qeyd edək ki, Xama Biliat cari mövsüm indiki klubunda 9 oyun keçirib, 3 qol vurub və 4 dəfə məhsuldar ötürmə edib. Əvvəlki xəbərlərdə "Qarabağ"ın bu futbolçu üçün qarşı tərəfə 2,5 milyon dollar təklif etdiyi bildirilirdi.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri