18 
Yan
2018
13:56
145
17
2705
Virtual karabakh

UEFA zonasında ən az futbol klubu Ermənistandadır

18 Yan, 2018
13:56
2705

UEFA zonasında ən az futbol klubu Ermənistandadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA son üç mövsümdə Avropa ölkələrinin yüksək liqalarında komanda sayı ilə bağlı baş verən dəyişiklikləri açıqlayıb.

Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, 2015/2016 mövsümü ilə müqayisədə ən böyük artım Bolqarıstan çempionatında müşahidə olunub.

Bu ölkənin yüksək liqasında komanda sayı 10-dan 14-ə çatdırılıb. Ən böyük azalma isə Gürcüstanda qeydə alınıb. Qonşu ölkənin əsas liqasında iştirakçı sayı 14-dən 10-a enib.

Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Litva, Ukrayna, Monteneqro, eləcə də, Bosniya və Herseqovinada yüksək dəstə iştirakçılarının sayı azalıb. Bolqarıstanla bərabər, Belarus, Danimarka, Latviya, Makedoniya və Maltada isə artım qeydə alınıb.

Yüksək dəstəsində daha çox - 20 komanda olan dörd ölkə var: İngiltərə, İspaniya, Fransa və İtaliya. Ən aşağı göstərici isə Ermənistandadır - altı komanda. Azərbaycanla yanaşı, Andorra, Litva və Latviya çempionatlarında hazırda səkkiz komanda çıxış edir.

Qeyd edək ki, 2015/2016 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda çıxış edib. Hazırda isə elita təmsilçilərinin sayı səkkizdir. Ümumilikdə UEFA-ya üzv olan 55 assosiasiyanın yüksək liqalarında 713 klub yer alıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri