Fev
2018
11:27
218
47
8424
Virtual karabakh

Formula-1 “start qızları”ndan imtina edib

1 Fev, 2018
11:27
8424

Formula-1 “start qızları”ndan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Formula-1 yarışlarında bu ildən etibarən qızların startda avtotrekə çıxması təcrübəsinə son qoyulacaq. 

Oxu.Az xəbər verir ki, dəyişiklik həftəsonları keçirilən digər Qran-Pri avtoyarışlarına da tətbiq olunacaq.

Bu, onunla əlaqələndirilir ki, gözəl qızlar yarışın promouterləri və tərəfdaşlarına öz ölkələrini və məhsullarını nümayiş etdirməyə mane olur.

“Son ildə biz bir neçə yarışa diqqət yetirdik. Hiss etdik ki, bu böyük idmanın görüntüsü ilə əlaqədar olaraq yenilənməyə daha çox ehtiyac var.

Startda qızların peyda olması onillər ərzində Formula-1 Qran-Pri yarışlarının ayrılmaz hissəsi olsa da, bu ənənənin bizim brend dəyərlərinə və bu günün sosial normalarına zidd olduğunu düşünürük. İnanmırıq ki, bu təcrübə Formula-1 və onun dünyanın dörd bucağından olan istər yeni, istərsə də köhnə fanatları üçün uyğun və məqbuldur”, - deyə Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bildirib.

Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri