13 
Fev
2018
14:45
117
37
2906
Virtual karabakh

UEFA nümayəndələri BOS üçün Bakıya gəldi

13 Fev, 2018
14:45
2906

UEFA nümayəndələri BOS üçün Bakıya gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, həftə sonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastruktura baxış keçirəcəklər.

Bu gün BOS-da AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək. Avropanın ikinci səviyyəli turnirinin qalibinin adı mayın 29-da Bakı Olimpiya Stadionunda müəyyənləşəcək.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri