15 
Fev
2018
16:05
51
289
8279
Virtual karabakh

Azərbaycanın “Formula-1”dən qazancı açıqlandı

15 Fev, 2018
16:05
8279

Azərbaycanın “Formula-1”dən qazancı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti Azərbaycanın “Formula-1”dən əldə etdiyi qazancı hesablayıb.

Oxu.Az-ın xəbərinə görə, hesabata əsasən, Azərbaycanın yarışlardan gəlirləri 277,3 milyon dollar təşkil edib.

Hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula-1 yarışından bu günədək olan müddətdə Qran-Priyə ev sahibliyinin şəhərimizə faydalarının iqtisadi qiymətləndirilməsini əks etdirir. 

Hesabatda göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. 

Məsələ ilə bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bilidirib ki, bu rəqəmə Formula-1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran və nəqliyyat istiqamətləri üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir.

Qeyd edək ki, üçüncü Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri