Mar
2018
15:50
182
104
5900
Virtual karabakh

Neymar “Barselona”ya qayıtmaq istəyir

9 Mar, 2018
15:50
5900

Neymar “Barselona”ya qayıtmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin hücumçusu Neymar “Barselona” rəhbərliyinə bildirib ki, Kataloniya klubuna geri qayıtmaq istəyir.

Oxu.Az xəbər verir ki, “Mundo Deportivo”nun iddiasına görə, futbolçu Fransa çempionatının səviyyəsinin aşağı olmasından məyus olub.

Braziliyalı oyunçu etiraf edib ki, İspaniya klubundan ayrılmaqda səhv edib. Qaydalara görə, o, “Barselona”ya 2019-cu ilin yayından erkən qayıda bilməz.

Qeyd olunur ki, “Barselona”da Neymarın səmimiyyətinə heç də hamı inanmır və hesab edirlər ki, o, gələcəkdə “Real”a keçmək üçün özünə alibi axtarır.

Xatırladaq ki, yanvarın sonlarından Neymarın “Real”a keçəcəyi deyilir. Madrid klubunun prezidenti Florentino Peres də bildirib ki, bu hücumçunun alınmasında maraqlıdır və Kriştyanu Ronaldu ilə əvəz edilməsinə hazırdır. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri