10 
Mar
2018
00:40
172
129
5505
Virtual karabakh

Zidan: Neymar 400 milyon avroya da transfer oluna bilər

10 Mar, 2018
00:40
5505

Zidan: Neymar 400 milyon avroya da transfer oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neymar 400 milyon avroya transfer olunsa buna təəcüblənmərəm.

Oxu.Az “Goal.com”a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan fikir səsləndirib.  

Onun bu bəyanatı, Neymarın “Real”a keçəcəyi ilə bağlı yayılan şayələr fonunda səslənib.

“Mən özgə klubların oyunçuları haqqında müzakirə aparmıram. “PSJ” ona görə, 222 milyon avro ödəyib? Lap yaxşı. “Real” məni 72 milyon avroya alanda, bu mənə inanılmaz gəlirdi. 10 ildən sonra transfer qiymətləri qat-qat bahalaşdı. Yəqin ki, bir neçə ildən sonra transferlərə görə 400 milyon avro ödəyəcəklər. Kim bilir bəlkə də bu daha tez baş verdi” deyə Zidan bildirib.

Məşqçinin sözlərinə görə, Neymar dünyanın istənilən futbol komandasına transfer olunub, yaxşı oyun sərgiləyə bilər.

Bir müddət əvvəl braziliyalı forvard Fransa çempionatından məyus olduğunu və “Barselona” klubuna geri dönmək niyyətində olduğu bildirib. “Mundo Deportivo” isə yazır ki, klub “sambaçının” səmimiliyinə inanmır və onun “Real”a gələcək keçidi ərəfəsində özünə alibi axtardığını hesab edir.

Qeyd edək ki, Neymar “PSJ”ə keçənə qədər 2013-2017-ci illər ərzində “Barselona” klubunun şərəfini qoruyub.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri