29 
Mar
2018
12:43
182
30
3508
Virtual karabakh

Bərdə komandası Alfa Liqada iştirak edəcək

29 Mar, 2018
12:43
3508

Bərdə komandası Alfa Liqada iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minifutbol Federasiyasının (AMF) bayrağı altında, “Bakcell” şirkətinin baş sponsorluğu ilə keçiriləcək mini futbol üzrə çempionat – Alfa Liqa üçün komandaların qeydiyyatı prosesi davam edir.

Oxu.Az xəbər verir ki, Alfa Liqaya qeydiyyata alınan komandalar arasında region təmsilçiləri də var.

Məsələn, bunlardan biri Bərdənin “Aristokrat” komandasıdır.

Bərdə komandasının kapitanı Vüqar Rəcəbov bu barədə fikirlərini bildirib:

“Biz Bərdədə fəaliyyət göstərən “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən turnirlərdə iştirak etmişik və çempion olmuşuq. Belə bir yarışın keçiriləcəyindən ATV telekanalında göstərilən videoçarx vasitəsilə məlumat tutduq.

Bakıdakı dostlarımız vasitəsilə bu turnirə qatılmaq barədə qərar verdik. İstədik ki, turnirdə bizim bölgədən də bir komanda mübarizə aparsın. Düşünürük ki, bizim çıxışımız turnirə rəng qatacaq. Çünki Bakıdan olan rəqiblərimiz bir-birlərini tanısa da, onlar bizim oyunçuları tanımır. Bu da bizim komandanın çempionatda bir üstünlüyü olacaq”.

Daha sonra “Aristokrat” komandasının nümayəndəsi ilə AMF-nin baş katibi Azər Hüseynov arasında iştirakı təsdiqləyən anlaşma imzalanıb.

Qeyd edək ki, Alfa Liqanın keçirilməsi aprel ayının sonlarına nəzərdə tutulub. Bu çempionat iyun ayında başa çatacaq. Turnirin qalibi olan komanda 5-9 sentyabr tarixlərində Sloveniyada keçiriləcək mini futbol üzrə Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri