20 
Apr
2018
13:14
189
45
7449
Virtual karabakh

Bakıda yeni kartinq mərkəzi açılıb - FOTO

20 Apr, 2018
13:14
7449

Bakıda yeni kartinq mərkəzi açılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Su İdmanı Sarayının ərazisində kartinq mərkəzi açılıb.

Oxu.Az-ın məlumatına görə, yeni mərkəzin xidmətlərindən yeddi yaşdan yuxarı sakinlər yararlana biləcək.

Bu mərkəzin açılmasında məqsəd avtomobil idmanına marağın artırılması və peşəkar “Formula-1” pilotlarının yetirişdirilməsidir.

Bakı Şəhər Kartinq Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnarə Əliyeva da məhz bunu bildirib:

“Artıq üçüncü ildir ki, Bakıda “Formula-1” yarışı keçirilir. Bu yarış sayəsində Azərbaycanda gənclər arasında avtoidman növünə maraq formalaşıb.

Kartinq Mərkəzinin açılmasında əsl məqsəd bu sahədə yerli kadrların hazırlanmasıdır. İnanıram ki, bu mərkəz yaxın gələcəkdə ölkəmizə avtoidman növündə yarışacaq peşəkar pilotlar qazandıracaq”.

Qeyd edək ki, kartinq avtomobilləri Fransa istehsalıdır. Eyni anda kartinq yolunda 24 maşının hərəkət etməsi mümkündür.

Sürücülərə dəbilqə və od keçirməyən kombinezonlar verilir. Sürməyi yeni öyrənənlər iki nəfərlik maşınlardan istifadə edə bilər.

Səbuhi TOFİQOĞLU 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri