May
2018
12:45
393
51
9591
Virtual karabakh

“Formula-1” Bakını Mayamiyə dəyişir?

3 May, 2018
12:45
9591

“Formula-1” Bakını Mayamiyə dəyişir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.

Oxu.Az-ın xəbərinə görə, “Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.

Bildirilir ki, Mayami küçələrindəki mərhələ “Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.

Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.

Hazırda “Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri