11 
May
2018
14:05
26
180
4361
yuxarı
Qurban Qurbanov Almeydanın “Qarabağ”dan ayrılacağını açıqladı
11 May, 2018
14:05
4361
26
180
Qurban Qurbanov Almeydanın “Qarabağ”dan ayrılacağını açıqladı
AFFA İcraiyyə Komitəsinin iclasından sonra milli komandanın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az xəbər verir ki, o, I divizionda çempion olan “Xəzər” klubunun Premyer Liqada iştirak etməməsinə toxunub.
Qurbanov klubun lisenziya şərtlərindən danışıb:
“Xəzər” klubu ilə bağlı lisenziya sənədlərinə baxdım. Bu klubun bank təminatı yoxdur. Bu, yoxdursa, artıq nəsə demək olmur. Buna əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçusu Rişard Almeydanın komandadan getmək xəbərlərinə münasibət bildirib:
“Rişard Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. “Qarabağ”da qalmaq şansı çox azdır”.
S.T.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək