12 
May
2018
18:01
907
48
8029
Virtual karabakh

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB + VİDEO

12 May, 2018
18:01
8029

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi Rafael Ağayev Serbiyanın Novı Sad şəhərində 11-ci dəfə Avropa çempionu olub.

Oxu.Az xəbər verir ki, karate üzrə milli komandanın üzvü Rafael Ağayev (75 kq) finalda macar Qabor Harşpatakiyə 2:1 hesabı ilə qalib gəlib.

Şahin Atamov (+84 kq) və ukraynalı legionerimiz İrina Zaretskaya (68 kq) isə finalda büdrəyib və gümüş medalla kifayətləniblər.

Bu gün Nuranə Əliyeva (50 kq), Tural Ağalarzadə (67 kq) və karatenin kata yarışında Roman Heydərov komandamıza üç bürünc medal qazandıra bilər. Sabah isə komanda yarışlarında kumite millimiz meydan sahibi Serbiya ilə, kata yığmamız isə Türkiyə ilə bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, Ağayev bundan başqa, beşqat dünya çempionu, I Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının (iki dəfə) qalibidir.

Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.

Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri