15 
May
2018
18:04
28
4
1524
Virtual karabakh

“Neymar Jr’s Five” yenidən Azərbaycanda – FOTO

15 May, 2018
18:04
1524

“Neymar Jr’s Five” yenidən Azərbaycanda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq üçüncü ildir ki, məşhur oyunçu Neymar tərəfindən təqdim edilmiş “Neymar Jr’s Five” futbol turniri azərbaycanlı gənclər üçün öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanını verir.

Oxu.Az xəbər verir ki, “Neymar Jr’s Five” “beşin beşə” qlobal futbol turniridir, dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 

Ötən il Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən, 100 mindən artıq oyunçu iştirak edib. Bu il yarışma daha böyük olacaq. Altı qitədən olan altmış ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışmalarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.

Neymar Jr-un özü bu layihənin inkişafında yaxından iştirak edir: 

“Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların sayı artır, ildən ilə komandaların və iştirakçı ölkələrin sayı artır”, – deyə o öz müsahibəsində bildirib.

AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək seçim mərhələləri Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində baş tutacaq. Milli final mərhələsi Bakıda 17 iyunda keçiriləcək.

Yarışmada altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilərlər. Qeydiyyatdan keçmək üçün https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq lazımdır.

Yeri gəlmişkən, ötən ilin qalibi olan “Şirinlər” komandası artıq bir dəfə Braziliyada olub və bu fürsəti əldən verməmək üçün onlar yenə də mübarizə aparmağa hazırdırlar. 

“Dünya finalında ölkəni təmsil etmək böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcəklər”, – deyə keçənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib. 

Qeyd edək ki, “Neymar Jr’s Five” futbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azfar Sport Events & Promotion şirkəti və Badamlı – Gəmiqaya Mineral Sular MMC tərəfindən göstərilən dəstək ilə keçirilir.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri