18 
May
2018
01:38
569
46
12676
Virtual karabakh

“Qarabağ”ın futbolçuları cəbhədə – FOTO – YENİLƏNİB

18 May, 2018
01:38
12676

“Qarabağ”ın futbolçuları cəbhədə – FOTO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 17-də  “Qarabağ” futbol klubunun futbolçuları cəbhə bölgəsinə yollanıb.

Oxu.Az “Qarabağ” FK-nun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvlərini, o cümlədən  İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyevi ilk olaraq N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ımızın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib.

Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirib. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar.

Daha sonra onlar əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstərib.

13:02

“Qarabağ”ın beş futbolçusu bu gün cəbhə bölgəsində əsgərlərimizlə görüşəcək.

Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Belə ki, əcnəbilərdən bosniyalı qapıçı İbrahim Şehiç də daxil olmaqla, Coşqun Diniyev, Maksim Medvedev, Qara Qarayev və Elvin Yunuszadə cəbhə bölgələrimizdən birində əsgərlərimizlə görüşəcək.

Klubun məşqçilər heyətindən isə heç kim bu səfərdə olmayacaq. Buna səbəb komandanın Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunun “Qəbələ” ilə görüşünə hazırlaşmasıdır.

Qeyd edək ki, çempionat başa çatmasa da, “Qarabağ” ölkə çempionluğunu öncədən təmin edib.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri