20 
May
2018
19:29
338
64
6327
Virtual karabakh

“Neftçi” Avroliqada – VIDEO

20 May, 2018
19:29
6327

“Neftçi” Avroliqada – VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyunlarına start verilib.

Oxu.Az-ın məlumatına görə, çempionatın bürünc medalları uğrunda mübarizə aparan “Neftçi” səfərdə Gəncənin “Kəpəz” komandasına qalib gələrək Avroliqaya vəsiqəni təmin edib.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 63-cü dəqiqədə Ruslan Abışov açıb. 68-ci dəqiqədə Şəhriyar Rəhimov oyunda tarazlığı bərpa edib. “Neftçi”nin qələbə qolunu isə 79-cu dəqiqədə Lukas Emanuel Qomez vurub. 

Paralel keçirilən qarşılaşmalarda “Səbail” doğma meydanda “Keşlə”yə minimal hesabla, “Sumqayıt” isə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura mayın 21-də keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri