21 
May
2018
11:18
155
37
5382
Virtual karabakh

Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu – FOTO

21 May, 2018
11:18
5382

Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbolçu Amit Quluzadə “Drita” komandasının heyətində Kosovo çempionu olub.

Oxu.Az xəbər verir ki, “Drita” buna son turda əsas rəqibi “Priştina” ilə səfər matçında qeydə alınan heç-heçə sayəsində nail olub. 

Qol vurulmayan görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran “Drita” “Priştina”nı üç xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib.

Quluzadənin komandası 2018/2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. Həmin turnirdə ölkəmiz adından “Qarabağ” mübarizə aparacaq.

Amit Guluzadeh adlı şəxsin şəkli.Qeyd edək ki, Amit Quluzadə qış mövsümündən etibarən Kosovoda oynayır. Kosovonun müstəqilliyi isə Azərbaycan tərəfindən hələ də tanınmayıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri