21 
May
2018
14:59
189
10
2354
Virtual karabakh

“Şirak” Ermənistan çempionatını boykot etdi

21 May, 2018
14:59
2354

“Şirak” Ermənistan çempionatını boykot etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın “Şirak” klubu yerli federasiyanın prezidenti başda olmaqla, qurumu tam tərkibdə istefaya çağırıb.

Oxu.Az xəbər verir ki, Gümrü klubu bunun üçün dünən keçirilməli olan Ermənistan çempionatının XXVI turunun “Pünik”lə matçını boykot edib.

Federasiya danışılmış oyunlarda iştirakda şübhəli bilindiyi üçün bu klubun xallarını silib. Klub isə federasiyanın “Şirak”ın xallarını silməsindən şikayət etmək istəsə də, bu hüquqlardan məhrum edilib. Buna görə klub rəsmi bəyanatla federasiyanın tərkibi dəyişməyənədək çempionatda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, “Şirak” Ermənistan Futbol Federasiyasının qanunsuz qərarından qərargahı İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməyə hazırlaşır. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri