23 
May
2018
10:40
146
14
5182
Virtual karabakh

Kiyevdə finaldan öncə əfsanələr meydana çıxacaq – SİYAHI

23 May, 2018
10:40
5182

Kiyevdə finaldan öncə əfsanələr meydana çıxacaq – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək UEFA Çempionlar Liqasının finalından öncə əfsanələr meydana çıxacaq.

Oxu.Az xəbər verir ki, ilk dəfə belə bir turnirdə iki yox, dörd komanda mübarizə aparacaq.

Belə ki, finalçılar – “Real” və “Liverpul”un əfsanələrindən başqa, turnirdə finalın səfiri olan Andrey Şevçenkonun dostları və Çempionlar Liqasının əfsanələri komandası yarışacaq.

Şevçenkonun komandasında Ukraynanın qadın millisinin futbolçusu İya Andruşak, eləcə də, F2 Fristayl oyunçuları – ingilis Bili Uinqrovla yamaykalı Ceremi Linç də olacaq. Çempionlar Liqası komandasında isə atası kamerunlu, anası fransız olan Almaniyanın qadın millisinin sabiq üzvü Selia Şaşiç yer alacaq.

Fan Zona meydançasında keçiriləcək görüşlərdə hər komandanın tərkibində beş futbolçu olacaq. Hər hissəsi 15 dəqiqə keçiriləcək görüşlərdə aşağıdakı əfsanələr mübarizə aparacaq:

“Real” Əfsanələri: Yeji Dudek, Miçel Salqado, Alvaro Arbeloa, Roberto Karlos, Luiş Fiqu, Kristian Karenbö, Klod Makelele, Esteban Kambiasso, Predraq Miyatoviç, Davor Şuker (Baş məşqçi: Emilio Butraqenyo)

“Liverpul” Əfsanələri: Deyvid Ceyms, Vladimir Şmitser, Patrik Berqer, Stiv Makmanaman, Ceyson Makatir, Luis Qarsia, Robi Fauler (Baş məşqçi: Yan Raş)

Şevçenko və dostları: Aleksandr Şovkovski, Yevgeni Levçenko, İya Andruşak, Klerens Seedorf, Sergey Rebrov, Andrey Şevçenko, Bili Uinqrov, Ceremi Linç (Məşqçilər: Vladimir və Vitali Kliçko)

UEFA Çempionlar Liqası Əfsanələri: Vitor Baya, Juze Bozinqva, Marsel Desayi, Marko Materatsi, Aleks Skot, Deko, Qaiska Mendieta, Selia Şaşiç, Henrik Laşon, Adidas Gənc Çempionları oyunçusu (Baş məşqçi: Ruud Qulit).

Qeyd edək ki, bu görüşlər finaldan bir gün əvvəl – 25 may, yerli vaxtla saat 16:00-20:00 aralığında keçiriləcək. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri