14 
İyn
2018
20:54
342
111
10759
Virtual karabakh

Dünya çempionatının açılış matçında beş qol - VİDEO

14 İyn, 2018
20:54
10759

Dünya çempionatının açılış matçında beş qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib.

Oxu.Az xəbər verir ki, açılış mərasimindən dərhal sonra ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.

Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.

Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib. 

42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. Cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib. 70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.

Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri