15 
İyn
2018
23:51
104
392
3476
Virtual karabakh

Neymar özünü dünyanın ən yaxşı futbolçusu hesab edir

15 İyn, 2018
23:51
3476

Neymar özünü dünyanın ən yaxşı futbolçusu hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa PSJ və Braziliyanın yığma komandasının futbolçusu Neymar milli komandanın 2018 Dünya Kuboku üçün hazırlıqları barədə danışıb.

Oxu.Az xəbər verir ki, futbolçu bu barədə “Youtube” kanalı “Desimpedidos”da danışıb.

“Hazırkı Braziliya komandası dörd il əvvəlkindən daha yaxşı turnirə hazırdır. Dünya Kubokunu qazanmaq ən vacib hədəfdir. İndi bu turnir Çempionlar liqasından daha vacibdir”,-deyə hücumçu bildirib.

Neymar həmçinin dünyanın ən yaxşı oyunçuları arasında yerini müəyyən edib.

“Artıq hər kəsdən üstün olan iki futbolçu var - Kriştianu Ronaldu və Lionel Messi. Bütün təvazökarlığımla deyə bilərəm ki, hazırda mən dünyanın ən yaxşı oyunçusuyam. Çünki onlar başqa bir planetdəndirlər”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri