17 
İyn
2018
21:18
318
90
6324
Virtual karabakh

DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu – VİDEO

17 İyn, 2018
21:18
6324

DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında (DÇ) ilk sensasiya qeydə alınıb.

Oxu.Az xəbər verir ki, F qrupunun ilk görüşündə son dünya çempionları olan Almaniya Meksika ilə qarşılaşıb.

Gözlənilənlərin əksinə olaraq, Meksikanın üstün olduğu görüşdə şimali amerikalılar qələbə qazanıb. 35-ci dəqiqədə İrvinq Losanonun vurduğu qol yeganə olub – 1:0.

Qeyd edək ki, bu qrupun digər görüşündə sabah İsveçlə Cənubi Koreya milliləri üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri