17 
İyn
2018
22:55
210
65
4314
Virtual karabakh

“Neftçi” Premyer Liqanın ən sərrast futbolçusunu heyətinə qatdı

17 İyn, 2018
22:55
4314

“Neftçi” Premyer Liqanın ən sərrast futbolçusunu heyətinə qatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK növbəti transferini reallaşdırıb. 

Oxu.Az xəbər verir ki, komanda Baqaliy Dabo ilə müqavilə imzalayıb. 

Fransalı futbolçu iki il “Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu bu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandanın transfer çalışmaları davam edir.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri