18 
İyn
2018
12:11
207
46
4195
Virtual karabakh

Fanatlar Ronaldunun “eybəcər heykəlini” geri istəyir

18 İyn, 2018
12:11
4195

Fanatlar Ronaldunun “eybəcər heykəlini” geri istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ispanlara qarşı matçda (DÇ-2018) het-trik etdikdən dərhal sonra Madeyra aeroportuna onun yeni heykəli qoyulub.

Oxu.Az xəbər verir ki, bu haqda “Ren TV” məlumat yayıb.

Yeni heykəli yaradan sənətkar ispaniyalıdır. Bundan əvvəl hava limanında çoxlarının “eybəcər” adlandırdığı başqa bir büst dururdu.

Sosial şəbəkələrdə və yerli KİV-də həmin əsərin məsxərə obyektinə çevrilməsindən sonra heykəltəraş Emmanuel Santos dünyanın ən tanınan sənətkarlarından bir olmuşdu.

Yeni heykəl əvvəlki ilə müqayisədə futbolçuya daha çox bənzəsə də, portuqaliyalı azarkeşlər “eybəcər Ronaldu”nun aeroportdan kənarlaşdırılmasından hiddətlənib.

Artıq sosial şəbəkədə büstün yerinə qaytarılması ilə bağlı petisiya hazırlanıb. Petisiyaya əsasən, həmin heykəl sayəsində Madeyra aeroportu ölkənin əsas gəzməli-görməli yerlərindən birinə çevrilib və onun dəyişdirilməsi yolverilməzdir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri