20 
İyn
2018
14:49
147
21
6378
Virtual karabakh

Klublarımızın Avropa Liqasındakı rəqibləri bilindi – YENİLƏNİB

20 İyn, 2018
14:49
6378

Klublarımızın Avropa Liqasındakı rəqibləri bilindi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqiblərinin adları bəlli olub.

Oxu.Az xəbər verir ki, püşkə əsasən, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” Macarıstanın “Uypeşt” və “Keşlə” Maltanın “Baltsan” komandası ilə mübarizə aparacaq.

11:23

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. 

Oxu.Az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək.

Artıq qitənin ali futbol qurumu I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

Təmsilçilərimiz – “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Yunion”dan (Lüksemburq) biri rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri