20 
İyn
2018
18:05
175
60
3781
Virtual karabakh

Portuqaliya ilk qələbəsini qazandı, Mərakeş qrupda qaldı – VİDEO

20 İyn, 2018
18:05
3781

Portuqaliya ilk qələbəsini qazandı, Mərakeş qrupda qaldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun ikinci turuna start verilib.

Oxu.Az xəbər verir ki, Portuqaliya yığması Mərakeşlə üz-üzə gəlib. 

Qarşılaşma Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Portuqaliyanın kapitanı Kriştianu Ronaldu vurub. Portuqaliya bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş isə növbəti mərhələ şanslarını itirib. 

Qeyd edək ki, qrupun digər oyununda bu gün İspaniya və İran yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri