20 
İyn
2018
20:30
36
291
2195
Virtual karabakh

“Şah” Parisdə liderliyi əldən verdi

20 İyn, 2018
20:30
2195

“Şah” Parisdə liderliyi əldən verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 20-də Parisdə “Grand Chess Tour” seriyası üzrə ikinci mərhələ start götürüb.

Oxu.Az xəbər verir ki, yarışın ilk üç günündə rapid üzrə partiyalar keçirilir.

Bu gün ilk üç partiya baş tutub.

İlkin oyunda azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov  Vişvanatan Anandla (Hindistan) heç-heçə edib. Ardınca amerikalı qrossmeyster Uesli Soya (ABŞ) qalib gəlib. Üçüncü turda isə Vladimir Kramnikə (Rusiya) məğlub olub.

Üç xal toplayan Məmmədyarov səkkizinci yerdə qərarlaşıb. Turnirdə ümumilikdə doqquz şahmatçı iştirak edir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri